Prezidentdən bu generallarla bağlı SƏRƏNCAM

633

Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir neçə hərbi qulluqçusu təltif edilib.

sumqayitxeber.com xəbər verir ki, təltif edilənlər arasında iki general da var.

General-mayor Tofiq Hüseynov və general-mayor İnqilab Heydərov “Vətən uğrunda” medalı ilə təltif olunublar.

Tofiq Hüseynov Azərbaycan Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli sərəncamı ilə DİN-in Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Prezidentin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə gətirilib.

O, Prezidentin 2018-ci il 9 mart tarixli sərəncamı ilə general-mayоr hərbi rütbəsi alıb.

İnqilab Muradov isə 2018-ci ildən Daxili Qoşunların Qərargah rəisinin birinci müavinidir.

Ona Prezidentin sərəncamı ilə 2019-cu ilin martında general-mayor rütbəsi verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər