Prezidentin dünənki çıxışı onun bir daha uzaqgörən siyasətçi olduğunu göstərdi

976

Milli Məclisin deputatı İmamverdi İsmayılov Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündəki nitqinə münasibət bildirib.

Deputat Modern.az-a açıqlamasında deyib ki,  Azərbaycanın qələbəsi haqqın qələbəsi olmaqla yanaşı, həm də  Türk xalqlarının böyük zəfəridir:

“Cənab prezident dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə çox gözəl nitq söylədi. O həmişə olduğu kimi, çıxışında  türk dünyasının birliyinin vacibliyini vurğuladı. Onu da qeyd edim ki, cənab prezidentin çıxışlarında həmişə uzaqgörənlik müşahidə olunub. 2009-cu ildə, Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən IX zirvə görüşünü xatırlayıram. Həmin çıxışında cənab İlham Əliyev tarixi  Zəngəzur bölgəsi haqqında önəmli və  strateji fikirlər səsləndirmişdi. Nəhayət 44 günlük muharibə 11 il bundan öncə səslənən fikirlərin boşuna olmadığını sübuta yetirdi”

İmamverdi İsmayılov Prezident İlham Əliyevin qeyd etdiyi “Zəngəzur indi türk dünyasını birləşdirəcək” fikirlərinin bundan sonrakı vacibliyindən də söz açıb: 

“Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını bir araya gətirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.

Deputat türk dövlətlərinin qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini də şərh edib:

“Bu cür görüşlər türk xalqlarının inkişafına, əlaqələrinin daha  da möhkəmləndirilməsinə şərait yaradacaq. Hesab edirəm ki,  Azərbaycan hər zaman olduğu kimi bundan sonra da Türk Dünyasının ideya mərkəzi missiyasını uğurla yerinə yetirəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər