Prezidentin general rütbəsi verdiyi şəxslər KİMDİR… – FOTOLAR

404

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Etibar İsmayılova “general-leytenant”, Şahin Mirzəyevə “general-mayor”, Aqşin Kazımov və Asif Məmmədliyə “daxili xidmət general-mayoru” ali xüsusi rütbələri verilib.

Yeni rütbə verilən şəxsləri təqdim edirik.

 

General-leytenant rütbəsi verilən Etibar İsmayılov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. 01.05.1966-ci ildə Bakı şəhərində anadan olub. Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib. Ailəlidir. 2 övladı var.

 

General-mayor rütbəsi verilən Mirzəyev Şahin isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir. 16.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

 

Aqşin Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. 28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub. SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. Ailəlidir. 3 övladı var.

 

Asif Məmmədli FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisidir. 2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var. modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər