Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası başladı

918

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

***

11:02

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

***

VI çağırış Milli Məclisin ilk plenar iclasında əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

10:07

VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, iclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib.

Milli Məclisin iki komitəsinin sədrliyinə namizədlər müəyyənləşib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə Tahir Mirkişilinin, Əmək və sosial siyasət komitəsinin sədrliyinə isə Musa Quliyevin namizədliyi irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər