Prezidentin mükafatlandırdığı 90 yaşlı sumqayıtlı professor – TANITIM

3426

Prezident İlham Əliyev Həsən Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Şiralı oğlu Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Professor Həsən Sadıqovun adı gələndə hər kəs onu təkcə müəllim, filosof, alim, ictimai xadim, elm ağsaqqallı kimi xatırlamır. Onu xalq müəllimi kimi qəbul etməklə yanaşı, Sumqayıtın və Sumqayıt Dövlət Universitetinin yeriyən  canlı tarixi, klassikləşən müasirimiz kimi ehtiramını saxlayır.

Həsən Şiralı oğlu Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Erkən atasını və anasını itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Lakin tale tezliklə bu qayğıkeş insanı da onun əlindən almışdır. Kimsəsiz qalan H,Sadıqov Gəncə şəhərinə gedir və baytar-feldşer ixtisasına yiyələnir. Sonra Şuşa zoobaytar texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına gedir. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbində oxuyur, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurur. H.Sadıqov 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olur və oranı qurtardıqdan sonra Saatlı rayonunda müəllimlik edir. 1961-64-cü ildə Sumqayıt şəhərindəki 5, 7 və 9 nömrəli məktəblərdə müəllim, sonra isə məktəb direktoru işləyir. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və hüquq institutunun aspirantı olur. Sonra Sumqayıt şəhəri partiya komitəsində işlyəir. Lakin elmə olan böyük marağı onu partiya işindən ayırır.

H.Sadıqov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyası müdafiə edir və M.Əzizbəyov adına Neft və kimya instiututunun fəlsəfə və elmi kommunizm kafedrasının əvvəlcə aspirantı, sonra isə baş müəllimi işləyir. 1972-ci ildə həmin institutun Sumqayıt filialının ictimai elmlər kafedrasının müdiri seçilir. O vaxtdan hal-hazıra qədər dosent, professor kimi həmin vəzifədə işləyir. H.Sadıqovun fəlsəfə elminin müxtəlif sahələrinə aid onlarla kitabı, yüzlərlə məqaləsi vardır.

2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Həsən Sadıqova “Azərbaycan Respublikasının Əməkdar müəllimi” şərəfli fəxri adı verilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər