Prezidentin son fərmanı yeni mərhələnin əsasını qoydu

719

1991-ci ildə yaradılan 10 iqtisadi rayon Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə 14 iqtisadi rayonla əvəzləndi.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Bakı, Qarabağ, Şərqi Zəngəzur, Mil-Muğan yeni iqtisadi rayonlarının yaradılması və mövcud iqtisadi rayonlar ərazisində dəyişikliklərin edilməsi həm iqtisadi, həm də geo-siyasi məqsədlərdən irəli gəlir:

“Regionlarda iqtisadi ixtisaslaşma, investisiya siyasətinin fokuslanması, çevik iqtisadi siyasətin həyata keçirilməsi baxımından bu bölgü effektli və təcrübəyə əsaslanaraq aparılıb. Digər tərəfdən, böyük Zəfərdən sonra Qarabağın bərpası, Zəngəzur dəhlizinin açılması ilə bütövlükdə regionun inkişafı baxımından da yeni rayonların yaranması regional siyasətdə yeni mərhələnin başlamasının əsasını qoymaqdadır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər