Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasın Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Emin Əmrullayev 1982-ci ildə anadan olub. Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
2003-cü ildə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından “İnzibati idarəetmə” ixtisası üzrə məzun olub.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib. 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.
E.Əmrullayev daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb. yeniavaz.com
Prezidentin Təhsil naziri təyin etdiyi Emin Əmrullayev kimdir? – DOSYE
•
4155