Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2025-ci il tarixli Sərəncamı ilə təltif olunmuş hərbçilərin medallarının təqdimi prosesi davam edir.
Şəhid Əbdülməcid Axundovun təltif olunduğu “Vətən Uğrunda” medalı onun anası Ceyran xanıma təqdim olunub.
Medalı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinin rəisi,general -mayor Natiq Qarayev təqdim edib.
Qeyd edək ki,Əbdülməcid Axundov 2016-cı ilin 2-4 aprel tarixlərində baş vermiş və tarixə “Aprel Döyüşləri” kimi düşmüş toqquşmada şəhid olub.O,manqa komandiri idi.
1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.



Müzakirə qapadılmışdır.