Prezidentin vəzifə verdiyi Vüqar Süleymanov kimdir?

8647

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Azvision.az -ın məlumatına görə, V.Süleymanov bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

O, 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib.

V.Süleymanov 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis, 2005-2018-ci illərdə özəl təşkilatlarda işləyib.

2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri olub. 21.04.2020-ci il tarixdən bugünkü təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub.

Ailəlidir, 3 övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər