Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? – DOSYE

218

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədrinə yeni müavin təyin olunub.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Lalə Elman qızı Abdullayeva Agentliyin İdarə Heyətinin sədr müavini təyin edilib.

Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.

2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib.

Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb./unikal/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər