Prezientin general rütbəsi verdiyi Canpolad Daanov kimdir? – DOSYE

18100

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup zabitinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, polis general-mayoru ali xüsusi rütbəsi alanlardan biri polis polkovniki Canpolad Alı oğlu Daanovdur.

Canpolad Daanov hazırda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi vəzifəsində xidmət edir.

Onun dosyesini təqdim edirik:

Canpolad Alı oğlu Daanov 1981-ci ildə Balakən şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə bitirib.

Daxili işlər orqanlarında xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 2010-cu ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər