Dünyanın bir cox ölkələrində qadınların hərbi xidmətə çağrılması məcburi, bəzilərində isə könüllüdür.
Azərbaycan qadınları da zaman-zaman hərbi proseslərdə iştirak ediblər, ən şiddətli döyüşlərə belə qatılıblar.
Hələ qədim dünyada Roma sərkərdəsi Pompeyin torpaqlarımıza hücumu zamanı, onu ən çox heyrətləndirən məqamlardan biri də yerli qadın döyüşçülərin inanılmaz şücaəti olub.
İkinci Dünya Müharibəsi zamanı azərbaycanlı qadınlardan ibarət bir neçə batalyon cəbhə xəttində fəaliyyət göstərib. Onların göstərdikləri qəhrəmanlıqlar hamıya məlumdur.
Bu tarixi ənənə Qarabağ döyüşlərində də davam etdirilib.
Bəs görəsən indi cəmiyyətimiz bu barədə nə düşünür? Qadınlar əsgər getməlidirlərmi?
Publika.az bununla bağlı insanlarımız arasında qısa sorğu keçirib. Həmin sorğunu təqdim edirik: