“Qara Rahilə” ləqəbli kriminal avtoritet tutuldu

1002

Sumqayıtda həbs olunan qadın narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılır

Azərbaycanda kriminal avtoritet kimi tanınan qadın həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov məlum verib. Onun sözlərinə görə, 58 yaşlı Rahilə Rüstəm qızı İsmayılova narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Onun Sumqayıt və Bakı şəhərində çoxsaylı oğurluq və cibgirlik hadisələri törətdiyi bildirilir.

Dörd dəfə məhkumluq həyatı yaşayan R. İsmayılovanın kriminal aləmlə geniş əlaqələri var. O, “oğru” aləmində “Qara Rahilə” kimi tanınır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər