“Qarabağ” “Sumqayıt”a qarşı – Premyer Liqa

424

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Trend xəbər verir ki, açılış oyununda “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

“Azersun Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu 13 xalla üçüncü, “gənclik şəhəri” təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

 

VIII tur

20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”

Qeyd edək ki, turun digər matçları 30 oktyabr və 1 noyabrda keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər