Qarabağdakı separatçı rejim özünü buraxdı

496

Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qondarma qurum özünü buraxdığını elan edib.
Separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun bir neçə gün öncə Qarabağın ermənilər yaşayan bölgələrində başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə nəticələnmişdi. Nəticədə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunmuşdular.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər