“Qarabağ”ın Avroliqadakı rəqibləri müəyyənləşdi

437

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşib.  G qrupunda yer alan Qurban Qurbanovun komandası “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və  “Nant”la (Fransa) mübarizə aparacaq. “Qarabağ” rəsmi matçlarda ilk dəfə bu klublarla üz-üzə gələcək.

G qrupu

1. “Olimpiakos” (Yunanıstan)

2. “Qarabağ” (Azərbaycan)

3. “Frayburq” (Almaniya)

4. “Nant” (Fransa)

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək:

1-ci tur: 8 sentyabr

2-ci tur: 15 sentyabr

3-cü tur: 6 oktyabr

4-cü tur: 13 oktyabr

5-ci tur: 27 oktyabr

6-cı tur: 3 noyabr

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq.

Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (1/16 final) oynayacaq. Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq. Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) davam etdirəcək. Rəqib KL-də öz qrupunda ikinci yeri tutan 8 komandadan biri olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər