“Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində qaz təchizatı dayandırılacaq

814

Cari təmir işləri ilə əlaqədar olaraq iyunun 22-də saat 10:00-dan etibarən 500 mm-lik “Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin məlumatında deyilir.

Təmir müddətində Abşeron rayonunun Müşviqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.TREND.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər