Qaydanı kobud pozan qadın sürücü dava saldı (VİDEO)

1171

Bakıda qadın sürücünün kobud qayda pozuntusu kameraya düşüb.

BAKU.WS-in məlumatına görə, qayda pozuntusu “Yeganə” şadlıq sarayından “Memar Əcəmi” metro stansiyası istiqamətində gedən yolda qeydə alınıb.

99 – LM – 404 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat”ın qadın sürücüsü əks yola çıxıb və qarşıdan gələn avtomobilin hərəkətinə mane olur. Sürücü ona yol verilməsini tələb edir. Hətta bir az da irəli gedən xanım sürücü digər sürücüyə tərbiyəsiz deyir. Daha sonra YPX avtomobilinin əraziyə yaxınlaşması ilə qadın sürücü əks yoldan çıxır.

Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarda 327-ci “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsinin 2-ci bəndində qeyd edilir:

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 3 bal, 60 manat cərimə nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər