Qazaxıstanda son vəziyyət: Xüsusi təyinatlılar prezident iqamətgahını mühasirəyə alıb

616

Polis gecə saatlarında inzibati binalara və Almatı Polis İdarəsinə hücum edildiyini bildirib. Onlarla hücumçu məhv edilib və onların şəxsiyyəti müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, paytaxt Nur-Sultan şəhərində vəziyyət sakitdir, etiraz aksiyası yoxdur, internet hələ də əlçatmazdır.

Nəqliyyat həmişəki kimi işləyir. Ölkə prezidentinin iqamətgahı xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Milli Bankın paytaxtdakı bütün maliyyə təşkilatlarının fəaliyyətinin dayandırılması ilə bağlı qərarı ilə əlaqədar bütün bank filialları və valyutadəyişmə məntəqələri bağlanıb, əksər bankomatlar işləmir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər