Qəbul imtahanlarına Sumqayıt orta məktəblərindən cəlb olunmuş nəzarətçi-müəllimlərlə görüş keçirilib

960

Tqdk01(21.07.2009)Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə birgə 2009/2010-cu tədris ili üçün respublikanın ali və orta ixtisas təhsili məktəblərinə keçirilmiş qəbul imtahanlarına Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərindən cəlb olunmuş nəzarətçi-müəllimlərin fəaliyyətinə həsr olunmuş tədbir keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TQDK-nın nümayəndələri də iştirak edib. TQDK-nın Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adığözəl Həbibov qəbul imtahanlarının təşkili və idarə olunması ilə bağlı görülən işlər, imtahan rəhbərlərinin və bu prosesə nəzarətçilərin cəlb olunmasında müxtəlif dövlət qurumları ilə əməkdaşlıq, cari il üçün nəzarətçilərin fəaliyyətinin araşdırması barədə iştirakçıları məlumatlandırıb. A. Həbibov imtahanlarda yüksək pedaqoji bacarığı və təşkilatçılığı ilə seçilən fənn müəllimlərinin fəal iştirakının vacibliyini vurğulayıb.

Tədbirin sonunda cari tədris ili üçün keçirilən qəbul imtahanlarında Sumqayıt şəhərindən cəlb olunmuş nəzarətçilərdən fəaliyyəti yüksək qiymətləndirilmiş 36 müəllim müxtəlif hədiyyələrlə mükafatlandırılıb, işlədikləri kollektivlərə ünvanlanmış təşəkkür məktubları orta ümumtəhsil məktəblərinin rəhbərlərinə təqdim olunub, o cümlədən xüsusi fərqlənən 2 nəfərə TQDK tərəfindən fəxri fərmanlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər