Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin təşkilatçılığı ilə “Qələbəyə gedən yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Eyvaz Qocayev, Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi Arifə Abdulayeva, Sumqayıt Musiqi Kollecinin ilk ərazi partiya təşkilatının sədri Nicat Məlikov, kollecin əməkdaşları və tələbələr iştirak edib.
Çıxışçılar vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 19 il ərzində böyük inkişaf yolu keçmişdir. Son 4 ildə isə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində işğal altında olan torpaqlarımız azad olunub, bu gün bu torpaqlarda genişmiqyaslı quruculuq işləri reallaşdırılır.
Tədbir iştirakçıları son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərində də geniş quruculuq işlərinin həyata keçirdildiyini vurrrğulayıblar. Bildirilib ki, ölkə başçısı Sumqayıt şəhərinə 30 səfır etmişdir ki, bu səfərlərin 12-si məhz son 4 ilə təsadüf edir. Prezident Son 4 ildə Sumqayıt şəhərində 20-dən çox açılış edib.
Sumqayıt Musiqi Kollecinin əməkdaşları mövzu ətrafında məruzə ilə çıxış ediblər.