Qəzada həlak olan hərbiçi Aprel döyüşlərinin iştirakçısı imiş

1022

Ötən gün  “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həlak olan 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub.

Sumqayitxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Ceyhun Qafarovdan gedir. Aprel döyüşlərinin iştirakçısı ordumuzun giziri olub.

O, Lerik rayonu Siyov kəndində anadan olmuşdu.

Qeyd edək ki, Ceyhun Qafarovun atası da hərbçi olub. Belə ki, mərhumun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər