Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı, intihar etdi – TƏFƏRRÜAT

8820

Bakıda əri qəzada ölən qadının intihar etməsi barədə bəzi detallar məlum olub.

Oxu.Az-ın məlumatına görə, 34 yaşlı Umudova Nahidə Sadiq qızı səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər.

N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.

Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.

10:00

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq, həyatına son qoyub.

Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.

Nahidənin də məhz ərinin ölümünə dözə bilməyib özünü asdığı bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər