Son zamanlar cəmiyyətin ən aktual problemlərdən biri gənclərin erkən yaşda ailə qurmalarıdır. Statistika göstərir ki, vaxtından tez nigaha daxil olmaq cəmiyyətdə bir sıra problemlər yaradır. Məhz bu səbəbdən də SİA ailənin hansı yaşda qurulmasının daha düzgün olması ilə bağlı gənclər arasında sorğu keçirib.
Ümümi nəticə etibarı ilə sorğuda iştirak edən oğlanlar ailə qurmanın məqsədə uyğun dövrünün orta hesabla 25 yaş olduğunu qeyd ediblər. Sorğu nəticəsində məlum olub ki, bu yaş dövründə oğlanlar ailə qurmağa daha məsuliyyətli, daha hazırlıqlı olurlar. Sorğuya əsasən oğlanların ailə qurması üçün vacib olan şərtlərə hərbi xidmətin başa vurulması, gələcək yaşamını təmin etmək üçün normal işin qurulması və digər şərtlər daxildir.
Sorğu zamanı müəyyən olub ki, qızların 20 yaşından yuxarı ailə qurması daha məqsədə uyğundur. Səbəblərə gəldikdə isə bildirilib ki, qızlar yalnız bu yaşdan sonra həyatı dərk etməyə qadirdilər. Qızların ailə qurması üçün əsas şərtlər onların fiziki və mənəvi hazırlıqlı olmalarıdır.
Qızlar və oğlanlar neçə yaşında ailə qurmalıdır?
•
1826