“Qızlarımız ərəblərlə gəlib elə tatu vurdururlar ki…” – Bakının ən məşhur DÖYMƏ USTASI

3091

Çoxları üçün tatu oğru dünyasının vücud üzərinə həkk edilən pasprotu, şərəf ordeni, fəxri fərmanı kimi bəsit məna daşıyır. Əslində isə döymələr incəsənətin ilkin, olduqca həssas və zəngin növü hesab olunur. Çünki minilliklər öncə qədim silivilizasiyalarda yaranan bəsit sənət nümunələri qayalara və insan bədəninə həkk edilərdi. İlk döymənin yaşı 60000 ildən çoxdur. Bu sənətin əsas nümunələri isə daha çox qədim Misir piramidalarında aparılan qazıntılar nəticəsində aşkarlanıb. Mumiyalanmış bədənlərin 40000-dən çox yaşları olsa da, dəri üzərindəki döymələri aydın sezilir.

Lakin hesab olunur ki, tatunun ilk nümunələri ibtidai icma quruluşuna aiddir. İcma dövründə döymələr dərini bəzəməklə yanaşı, fərdin hansı tayfaya, qəbiləyə mənsub olduğu barədə də məlumat verir, həmçinin inanclara görə sahibini pisliklərdən qoruyur, ovçulara və döyüşçülərə uğur gətirirdi.

Tatu coğrafiyasının izi ilə gedəndə, görürük ki, bütün qitələrin xalqlarının bədənində döymə izləri var. Sadəcə açıqdərili planet sakinləri vücudlarına rəsmlər çəkdikləri halda, Afrika qəbilələri kəsmə üsulundan istifadə ediblər. Təəssüf ki, bu dəhşətli üsulu qaradərililər hələ də qoruyub saxlayırlar. Hər il Afrika qəbilələrində sterlizə edilməmiş kəsici alətlər ucbatından minlərlə insan dünyasını dəyişir. Lakin yenə də insanlar bu tabulardan və primitiv inanclardan yaxa qurtara bilmirlər.

Bir çox qızıldərili tayfa üzvləri isə əsrlərdir ki, üzlərini də maskaya bənzər döymələrlə bəzəyir, aid olduqları zümrəni də bu üsulla sübut etməyə çalışırlar. Onların inanclarına görə isə vücuduna döymə etdirməyən çağdaş insanın heyvandan fərqi yoxdur. Çünki insan tanrının ona bəxş etdiyi ömrünü bədənini mükəmməlləşdirib, bəzəməyə səy göstərməlidir.

Bəzi yapon tayfalarında isə bir zamanlar tatu o qədər ilahiləşdirilmiş bir ayin idi ki, döymə etdirməyən ananın dünyaya gətirdiyi körpələr öldürülürdü. Maraqlıdır ki, bəzi din xadimlərinə görə günah sayılan tatu tarixən ərəblərin sevimli bəzək növü olub. Hətta çox vaxt “Quran” ayələrini dərilərinə həkk edib, hər cür bəladan uzaq olacaqlarına inanıblar.

Artıq XX əsrdə döymələr Birinci Dünya Müharibəsi zamanı məhbusların üzərində gerçəkləşdirilməyə başlandı. Əsirlərin dərisinə nömrələri və bir sıra digər məlumatlar həkk olundu. Oğru dünyasının da “nakolka” dəbinin mənbəyi bu döymələr sayılır. Və yalnız ötən əsrin 50-60-cı illərindən sonra peşəkar incəsənət növü kimi qəbul edilən tatu sənəti dirçəliş dövrünün yaşamağa başladı. Bu sahənin rəssamları qədim döymə nümunələrindən ilhamlanıb, rəngarəng əl işləri yaradır, xüsusən də gəncləri döymələrə həvəsləndirirdilər. Hazırda bir sıra incəsənət sahəsində ifrata varıldığı kimi tatuda da bu tendensiya yaşanır. Hətta ən məşhur dünya ulduzları bütün bədənlərini döymə ilə örtürlər.

Картинки по запросу eyzamoglu tattoo

Bədən üzərində rəsm çəkmək sənəti haqda qaranlıq qalan bütün məqamlara Azərbaycanın ən məşhur tatu ustalarından olan Telman Eyzamoğu ilə aydınlıq gətirəcəyik.

– Döymə etdirmək üçün sizə daha çox kimlər üz tutur?

– Son illər fərq etmir. İstənilən yaşdan, statusda olan insanlar gəlir. Onların içərsində ziyalılar, məşhurlar, idmançılar, hətta möminlər də var.

– İşinizdə müştərinin yaş həddini nəzərə alırsınız?

– Yaşı 18-dən aşağı olanlara döymə etmirəm. Bu qanunlara da ziddir. Amma ən yaşlı müştərim 70 yaşlı qadın olub. Həyat yoldaşı sağlığında döymə etdirməyə icazə verməmişdi. O da əri dünyasını dəyişəndən bir neçə gün sonra yanıma gəlib, tatu etdirmişdi. Hətta söz vermişdi ki, yenə gələcək.

– Bəs gənclər yanınıza gələndən sonra ailələrilə problem yaşayırsınız?

– Təbii ki, xeyr. Bunun mənə aidiyyatı yoxdur axı. Kiminsə övladı valideynlərilə məsləhətləşmədən belə bir qərar verirsə, bu mənim günahım deyil, ailədaxili məsələdir.

Telman Eyzamoglu adlı şəxsin şəkli.

– Döymə ustası nə dərəcədə təmkinli olmalıdır?

– Bilirsiniz, istənilən xarakterdən olan insanlarla ünsiyyətdə olmaq məcburiyyətindəyəm. Bəzən saatlarla, hətta günlərlə kiminləsə döymə seçimi edirəm. Çox vaxt insanları fikirlərindən daşındırmalı oluram. Bayağı “nakolka” əvəzinə, daha estetik variantlar təklif edirəm. İstəmirəm insanlar ömürlərinin sonunadək bədənlərindəki bəsit döymə ilə yaşasınlar.

– Belə çıxır ki, müvəqqəti tatu mifi də yalandır.

– Ümumiyyətlə, müvəqqəti tatu olmur. Tatu etdirdinizsə, bilin ki, o daimidir. Onu yalnız lazer vasitəsilə dəridən sildirmək mümkündür.

– Bəs doğrudurmu ki, döymələr dəri xərçənginə səbəb olur?

– Tatu etdirəndə, rəng dərinin səthindən daxilinə təmas edir. Belə bir təhlükə bir halda ola bilər ki, istifadə olunan rənglərin tərkibi kimyəvi olsun. Mən isə bitki tərkibli rənglərlə işləyirəm. Odur ki, belə bir təhlükə yoxdur. Amma döymə etdirərkən ifrata varmaq da lazım deyil. Bədənin 70-80 faizi tatu ilə örtülərsə, təbii ki, müəyyən prolemlər yarana bilər.

– Döymə etdirmək nə dərəcədə ağrılı prosesdir?

– O baxır sizin ağrını qəbuletmə qabiliyyətinizə. Şəxsən mən özümə çox sevdiyim döyməni edəndə, onun ağrısı barədə düşünmürdüm. Hazırda apteklərdə dərini keyidən xüsusi məlhəm də satılır. Amma yenə də deyirəm, əsas psixoloji hazırlıqdır. Xüsusən də əcnəbilər bu prosesi adi hal kimi qarşılayırlar.

Telman Eyzamoglu adlı şəxsin şəkli.

– Günün hansı vaxtları işləmək sizə daha rahatdır?

– Gecələr daha asan olur işləmək. Çünki studiyam mərkəzdə yerləşir. Xüsusən də turistlər, gəlib-gedənlər çox olur. Səs-küydə rahat işləyə bilmirəm.

– Turist deyəndə, yəqin ərəbləri nəzərdə tutursunuz?

– Təbii ki, insanlara sevgim sonsuzdur, amma çalışıram ərəbləri qəbul etməyim. Birinci səbəb antisanitariyadır. Dilə gətirmək çətin olsa da, ərəblərin çoxunda pintilik var. Tutaq ki, biri döymə vurduracaq, özü ilə birgə 5-6 nəfər gətirir. Yemək yeyən kim, döşəmədə uzanan kim. Bəzənsə bizim qızlar onlarla gəlib elə tatu vurdururlar ki, təəssüf edirsən. Hərdən də bir-birinin adlarını əllərinə yazdırırlar. Təbii ki, bu halda təmiz hisslərdən söhbət gedə bilməz. İnsan belə şeyləri görəndə məyus olur.

– Azərbaycandakı döymə ustalarının ən çox üzləşdiyi problemlər nədir, yaxud sizi daha çox nə narahat edir?

– Xarici təcrübələrə nəzər salsaq, tatu studiyalarında bir neçə mütəxəssis çalışır. Hər usta öz janrı üzərində işləyir. Lakin bizdə məhdudiyyət olduğu üçün məcbur olub, bütün janrlarda işləməlisən.

– Bəs belə bir imkanınız olsaydı, hansı janra üstünlük verərdiniz?

– Mən sürrealizmi sevirəm. Yəqin ki, yalnız bu janrda işləyərdim.

Telman Eyzamoglu adlı şəxsin şəkli.

– Əsl ixtisasınız nədir?

– Azərbaycan Beynəlxalq Universitetinin Keramika və şüşə fakültəsini bitirmişəm. Rəssam ailəsində doğulmuşam. Atam Eyzam Şıxəliyev, hətta qardaşlarım və bacım da rəssamdırlar. Düşünürəm ki, peşə seçimimdə bunun da böyük önəmi olub. 2001-ci ildən isə döymə ustası kimi çalışmağa başlamışam.

– Rəssamlıq fəaliyyətinizi dondurmusunuz?

– Buna dondurmaq deməzdim. Sadəcə işim elədir ki, vaxtım qalmır. Emalatxanamda tamamlamadığım əsərlərim var. Bitirəndən sonra sərgi etməyi düşünürəm. Sadəcə işin maddi tərəfi də var. Yoxsa təbii ki, sadəcə rəssamlıqla məşğul olub, rəsmlərimin üzərində işləyərdim.

– Tatunu yaradıcılıq saymırsınız?

– Bəzən kimsə mənə bədənində görmək istədiyi tatunu təsvir edir. Mən uzun müddət, hətta bir neçə il onun eskizini düşünə bilərəm. İşim hazır olandan sonra həmin insan üçün pulsuz da döymə edə bilərəm. Bu artıq sənətdir. Ancaq bəzən elə müştərilər olur ki, onların seçiminə də müdaxilə etmək istəmirəm. İş xatirinə tatu edib, pulumu alıram. Belə ziddiyətlər olur.

Telman Eyzamoglu adlı şəxsin şəkli.

– Bəs saqqalınızın xüsusi anlamı var?

– Atam “20 Yanvar” hadisələrindən sonra 1 il saçına da, saqqalına da toxunmadı. Onu belə görmək mənə çox təsir edirdi. Özümü dərk edəndən saqqal saxlayıram. Heç kimə görə də görkəmimi dəyişməyi düşünmürəm.

– Hətta gələcək xanımınıza görə?

– Mən sevəcəyim insanı necə varsa, elə də qəbul edəcəm, tatulu, pirsinqli… fərq etməz. Amma o da məni olduğum kimi sevməlidir. Bu qədər sadə…

Leyla Sarabi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər