Rafael Ağayev: "Həbiblə döyüşə bilərəm

11397

Həbib Nurməhəmmədov – Konor Makqreqor görüşü Azərbaycanda da özünə çoxlu sayda tamaşaşı kütləsi cəlb etdi.

Bizim məşhur idmançılar da bu döyüşə baxıb.

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayevə bu iki sualla müraciət etdik: 1. “Kimə azarkeşlik edirdiniz?”; 2. “UFC çempionu Həbib Nurməhəmmədovla oktaqonda döyüşməyə hazırsınız?”

Rafael Ağayev: “MMA döyüş növünə o qədər də maraq göstərmirəm. Karatedən sonra idmanda baxdığım futbol və cüdodur. Amma bilirdim ki, maraqlı döyüş olacaq. Ona görə baxdım. Düzdür, MMA elədir ki, orda karate də daxil olmaqla bütün idman növlərindən istifadə etmək olar. Bilmək olmaz, bəlkə gələcəkdə mən də orda iştirak etdim…

İkinci sualınıza gəlincə, dildə demək asandır ki, Həbib çağırsa, gedib ona qalib gələrəm. Amma belə deyil, hər şeyə real yanaşmaq lazımdır. Hər bir idmançı öz idmanında peşəkardır. Ayaqüstü döyüş olsa, məşq etsəm, Həbiblə döyüşə bilərəm. Çünki onun əsas mübarizəsi döşəmə üzərində olur, bunun üçün güləşi bilmək lazımdır”. Oxu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər