Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə qızıl medal uğrunda mübarizə aparan “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev çempion olub.
“Qafqazinfo” xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı karateçi italyan rəqibi Luici Busanı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Rafaelin qələbəsi ona elə də asan başa gəlməyib. Belə ki, Ağayev yarışın bitməsinə 5 saniyə qalmış 1:2 hesabla uduzsa da, sonda qələbəni hesabına yazdıra bilib.