Rafiq Əliyev də koronavirusun laboratoriyadan yayıldığını düşünür

591

2 il əvvəl Çindən dünyaya yayılan və hələ də davam edən koronavirus pandemiyasının necə yaranması barədə xeyli müddətdir ki, alimlər tərəfindən müxtəlif versiyalar dilə gətirilir.

“Qafqazinfo” xəbər verir ki, bu günə kimi mövzu ətrafında müzakirələr səngimək bilmir. Dünya şöhrətli azərbaycanlı alim, professor Rafiq Əliyev də ötən il etdiyi çıxışların birində virusun Çindəki laboratoriyadan yayıldığını vurğulamışdı.

Alim bu günlərdə yeniavaz.com saytına verdiyi müsahibədə fikrini dəyişmədiyini bildirib. Eyni zamanda virusun nə qədər müddət davam edəcəyi ilə bağlı yeni bir detalı da açıqlayıb.

R. Əliyev növbəti dəfə vurğulayıb ki, bu günə kimi virusun hardan çıxması mübahisəli məsələ olaraq qalmaqdadır:  “Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu, Çində laboratoriyadan çıxan bir virusdur. Qəsdən olan bir şey deyil, bioloji silah deyil. Bu, laboratoriyada təhlükəsizliyin pozulmasıdır. Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə, hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. Ovaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər”.

Professor müsahibəsində virusun bundan sonra nə qədər davam edəcəyini qeyri-səlis məntiqlə izah edib: “Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm. Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Virus bir neçə il gedəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər