Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək

1032

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbul noyabrın 24-də saat 10:00-da olacaq.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər