Rəqəmsal iqtisadiyyat haqqında yeni qanunlar hazırlanacaq

466

“Milli Məclis rəqəmsal iqtisadiyyat haqqında yeni qanunların hazırlanması istiqamətində ciddi iş görür”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, İnvestisiya haqqında yeni qanunun hazırlanması başa çatmaq üzrədir:

“Bu, daxili və xarici investorların təşviq edilməsi üçün vacibdir. İnnovasiyaların təşviq olunması üçün yeni qanun hazırlanacaq. İnnovativ fəaliyyət, yeni kadrların hazırlanması, rəqəmsallaşmanın önə çıxması istiqamətində mühüm addımlar atılacaq, yeni qanunlar olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər