Reuters: Əfqanıstanın yeni hökumətinə molla Bəradar rəhbərlik edəcək

743

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının siyasi qanadının lider molla Əbdül Qani Bəradar rəhbərlik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi hərəkatdakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, yeni administrasiyada, həmçinin molla Yaqub (taliblərin ilk lideri molla Ömərin oğlu) və təşkilatın Dohadakı nümayəndəsi Məhəmməd Abbas Stanekzay yer alacaq.

İki gün əvvəl TOLOnews telekanalı belə bir informasiya vermişdi ki, Əfqanıstan Nazirlər Kabinetinin rəhbəri “Taliban”ın lideri molla Heybətulla Axundzadə ola bilər.

Taliblərin yeni hökumətin tərkibini bu gün elan edəcəkləri gözlənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər