Rusiyada hava limanına Fərman Salmanovun adı verildi

1111

Rusiyada fəaliyyət göstərən hava limanına məşhur azərbaycanlı Fərman Salmanovun adı veriləcək.

Potensial namizədləri müəyyən etmək üçün keçirilən onlayn sorğu artıq yekunlaşıb. Nəticədə azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov 41902 səslə ümumi səsin 58%-ni toplayıb.

Fərman Salmanovun adı Surqut beynəlxalq hava limanına veriləcək. Səsvermənin yekun nəticələri 4 dekabr tarixində açıqlanacaq.

Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edib.

Fərman Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloqdur. Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar.

1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiyaya” rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər