Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO - FOTO

922

Rusiyanın paytaxtı Moskvadan Orenburq vilayətindəki Orsk şəhərinə 6W 703 reysi ilə uçan An-148-100B təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər həlak olub.

“Saratov Airlines” aviaşirkətinə məxsus təyyarə Moskva vilayətinin Ramenskoe rayonunda yerə düşüb.

 65 sərnişin və 6 heyət üzvü həlak olublar.

Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARTəyyarə Domodedovo hava limanında səmaya qalxandan az sonra radarlardan itib.

An-148 Ramenskoe rayonundakı Zavorovo və Stepanovskoe qəsəbələrinin arasındakı çöllüyə düşüb.

İlkin məlumatlara görə, təyyarə havada olarkən alışıb.

An-148 təyyarəsi yeni sayılırdı: o, ilk uçuşunu 8 il əvvəl reallaşdırıb.

RA-61704 nöMrəli An-148-100B təyyarəsinin qəzaya uğramasının səbəbləri arasında terror aktı da istisna edilmirdi. Lakin bu gün bəlli olub ki, qəzaya texniki nasazlığın səbəb olması ehtimalı daha çoxdur.

Belə ki, qəzaya uğramş təyyarənin korpusunun örtüyü donvurmaya qarşı məhlulla örtülməmişdi. Təyyarənin kapitanın bu prosedurdan imtina etdiyi deyilir. Halbuki hava limanlarının texniki xidmətləri bu işi məcburi qaydada görürlər ki, təyyarə səmada olarkən onun korpusunda buz qatı yaranmasın. Havanın temperaturu 0 dərəcədən aşağı olanda prosedur mütləq sayılır.

Üstəlik, təyyarənin istismarında texniki təhlükəsizlik qaydalarının sürəkli pozulması faktları da vardı.

Ümumiyyətlə, “Saratov Airlines” (“Saratovskie Avialinii”) aviaşirkətindən şikayətlənən sərnişinlər həddən ziyadədir.

Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARNataliya Barankovanın dediyinə görə, bir dəfə “Saratov Airlines” aviaşirkətinin Yak-42 təyyarəsi ilə uçub: “Halbuki uçuş “Embraer”də olmalıydı. Yak-42 pis gündə idi. Bəzi kreslolar şaquli durmurdular, təhlükəsizlik kəməri bağlanmırdı. İki saatlıq uçuşda fasiləsiz Tanrıya dua edirdim. Səmada təyyarə çalxalanırdı”

Rusiya prezidenti Vladimir Putin qəzanın araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına göstəriş verib. Komissiyaya nəqliyyat naziri Maksim Sokolov başçılıq edir.

Qəzada həlak olmuş sərnişinlər arasında yaşca ən kiçiyi 5 yaşlı Nadejda Krasovadır. O, 32 yaşlı anası Oksana Krasova ilə “Domodedovo” hava limanında son fotolarını çəkdirmişdi.

Təyyarənin ikinci pilotu 34 yaşlı Sergey Qambaryan idi.

mənbə: milli.az


Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLARRusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO+FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər