Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcək

1268

Rusiya Federasiyasının Azərbaycanda olan həkimlərinin bir qrupu Sumqayıta gəlib.

“Report” xəbər verir ki, rusiyalı mütəxəssislər Sumqayıtda COVID kimi fəaliyyət göstərən şəhər 1 saylı xəstəxanasına cəlb olunub. Onların arasında anestezioloq–reanimotoloq və ixtisaslaşdırılmış tibb bacıları var.

Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Xəstəxanada fəaliyyət göstərən 10 və 15 çarpayılıq reanimasiya və intensiv terapiya şöbələri birləşdirilib.

TƏBİB xəstəxananın reanimasiya şöbəsinin müasir tibbi avadanlıqlarla təchizatını diqqətdə saxlayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər