“Aprelin 11-i Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olduğundan, sabah, yəni aprelin 10-u qısa iş günüdür”.
Bunu “Report”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (yəni əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallar) istisna olunmaqla qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Şöbə müdiri xatırladıb ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib və aprelin 11-i seçkilərlə əlaqədar qeyri-iş günü elan olunub.