Sabiq icra başçısı vəfat etdi

650

Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov vəfat edib.

Modern.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. O, məktəb direktoru, kənd sovetinin sədri, icra başçısının müavini və 2006-2013-cü illərdə icra başçısı olub.

Vidadi Məhərrəmov bu gün Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər