Şagirdlərin iştirakı ilə ekoloji tədbir keçirilib

865

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Sumqayıt şəhəri üzrə Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə 43 nömrəli tam orta məktəbdə ekoloji tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşlı AynurEyvazova, Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Xəzər Universiteti Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasov və digər qonaqlar iştirak ediblər.

Görüşdə könüllü gənc ekoloqlar tərəfindən “Ekoloji problemlər”, “Litosferin çirklənməsi və radioaktiv tullantılar”, “İstixana effekti”, “Hidrosferin çirklənməsi”, “Meşələrin qorunması”, “Zərərli vərdişlər”, “Sağlam qidalanma”, “Plastik tullantıların zərərləri”, “Təmizlik və suyun faydaları” mövzularında hazırlanan təqdimatlarla çıxış ediblər.

Tədbir gələcək nəsillərin ekoloji problemlərə daha məsuliyyətli yanaşmasını təşviq etmək və onları bu istiqamətdə maarifləndirmək məqsədi daşıyır. İştirakçılar ekoloji biliklərinin artırılması və praktiki təcrübələrinin genişləndirilməsi üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər