“Sağlam Düşüncə” Gənclər Təşkilatı növbəti dəfə Azərbaycanda Məlumat Mərkəzi seçildi

416

“Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO–nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi (SALTO EECA) tərəfindən keçirilən müsabiqədə Azərbaycandan müraciət edən gənclər təşkilatları içərisindən ən çox bal toplayaraq Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azəbaycanda Məlumat Mərkəzi kimi 2023-c ildə də fəaliyyətini davam etdirəcək.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat mərkəzi olaraq 2021-2027-ci illər üzrə yeni təsdiq olunan Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramlarının imkanları barəsində gənclər, gənclər təşkilatları və gənclərlə işləyən digər qurumları məlumatlandırmaq və onların bu imkanlardan faydalanması üçün daha geniş fəaliyyət planı hazırlayıb.
2023-cü il üçün hazırlanan fəaliyyət planı əsasında “Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat Mərkəzi olaraq müxtəlif regionların Gənclər Evləri, Mərkəzləri və ali təhsil müəssisələrində seminarlar, sosial media hesabları üzərindən online məlumat sessiyaları, vebinarlar və digər maarifləndirici tədbirlər həyata keçirəcəkdir. Eyni zamanda gənclər və gənclər təşkilatlarının
nümayəndələrinin ünvanladığı suallar cavablandırılacaq, konsultasiya xidməti göstəriləcəkdir.
Xatırladaq ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2019, 2020, 2021 və 2022- ci illərdə də keçirilən müsabiqənin qalibi olmuş, ötən 4 il ərzində Azərbaycanda Məlumat Mərkəzi funksiyasını həyata keçirmişdir.
2022-ci ildə olduğu kimi, bu il də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycanda gənclərin və gənclərlə çalışan qurumların Avropa İttifaqının Erasmus+ və Avropa Həmrəylik Korpusu proqramları haqqında məlumatlılığının artırılmasını nəzərdə tutan layihənin icrasında dəstək olacaq.
Qeyd edək ki, hər il SALTO EECA tərəfindən elan edilən müsabiqə yolu ilə Şərq tərəfdaşlığı ölkələrindən hər ölkə üzrə 1 təşkilat seçilir. Müsabiqənin qalibi olan təşkilatlar ERASMUS+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə yerli səviyyədə Məlumat Mərkəzinin koordinasiyasını həyata keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər