“Sağlam Düşüncə” Gənclər Təşkilatında sədr dəyişdi

706

Növbəti 2 ildə təşkilata Tofiq Sadıxov rəhbərlik edəcək.
Sentyabrın 5-də “Sağlam Düşüncə” Gənclər Təşkilatıda (SDGT) sədrliyə və idarə heyyətinə seçkilər keçirilib. İlk olaraq, təşkilat üzvləri sədrliyə namizədliyini vermiş Tofiq Sadıxov və Cavid Nəbiyev arasında seçim edərək, öz liderlərini seçdilər. Daha sonra İdarə Heyətinə namizədlərin seçimi başladı. Aygül Mehman, Vəsilə Nəbiyeva, Cavid Nəbiyev, Əfqan Səfərli, Ülkər Cəfərovanın mübarizə apardığı seçki ilk üçlüyün seçimi ilə başa çatdı.
Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, hər bir üzv öz namizədliyini irəli sürmək üçün iyulun 20-dən avqustun 25-nə kimi seçkidə iştirakını təsdiqlətməli idi. Seçkilərdə sədrliyə yalnız İdarə Heyətində olmuş üzvlər, İdare Heyətinə seçkilərdə isə üzvlükdə 6 aydan artıq olmuş üzvlər iştirak edə bilərdilər.
Yeri gəlmşkən, SDGT hər 2 ildən bir seçki keçirir və seçkiyə 1 ay qalmış bütün heyət istefa verir. Amma seçki gününə qədər idarəçilik köhnə heyətdə qalır. Yalnız seçki günündən sonra yeni heyət işə başlayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər