Sahibə Qafarova: “Vəzifələrimi layiqincə yerinə yetirəcəm”

640

“Bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüklərinə, yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və partiya həmfikirlərimə, dəstək verən həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova özünün feysbuk hesabında qeyd edib.

Milli Məclisin yeni sədri bildirib ki, Milli Məclisi möhtərəm Prezidentin parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü dəyərli tövsiyələrini yol xəritəsi kimi qəbul edərək, ölkədə geniş vüsət alan quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

“Eyni zamanda, parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artıracaq, beynəlxalq təmsilçilik məsələlərinə daha çox diqqət yetirəcək. Mən bir daha hər bir həmkarımı təbrik edir, uğurlar arzulayıram”, deyə S.Qafarova qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər