Sakinlərə ŞAD XƏBƏR: Sumqayıt Bulvarı ərazisində təmizlik işlərinə start verildi-VİDEO

1600

Son vaxtlar Xəzərin Sumqayıt hissəsində suyun səviyyəsinin enməsi dənizdə olan yosunların, müxtəlif bitkilərin, eləcə də bəzi canlıların sahilə çıxması ilə nəticələnir. Belə olan halda isə istər-istəməz ətrafa pis qoxu yayılır ki, bu da xoşagəlməz mənzərənin yaranmasəna səbəb olur. Bütün bunlar “Möcüzə” adlandırılan Sumqayıt bulvarının estetik görünüşünü pozmaqla yanaşı, orada yaşayan və istirahətə gələn insanlara da mənfi təsir göstərir. Hər zaman Sumqayıtı və sumqayıtlıları düşünən şəhər rəhbərliyi isə bu halın qarşısını almaq üçün artıq ciddi tədbirlər görməyə başlayıb.

Sumqayıt Bulvar MMC-nin direktor müavini Mahir Rüstəmov həyata keçirilən tədbirlər və görülən işlər barədə məlumat verib. O bildirib ki, dəniz suyunun azalması fonunda yaranan bu xoşagəlməz vəziyyətə qısa zaman ərzində son qoyulacaq. Bunun üçün xeyli texnika və canlı qüvvə Bulvar ərazisində təmizlik işləri aparmaq üçün cəlb olunub. Yay fəsli boyunca təmizlik işlərinin görülməsi nəzərdə tutulub ki, bu da sakinlərin istirahətinin səmərəli təşkil olunmasına hesablanıb.

Qeyd edək ki, təmizlik işlərinə əsasən buldozerlər, ağır tonnajlı yük maşınları və xeyli sayda canlı qüvvə cəlb olunub. Sahilyanı ərazilər dəniz suyunun azalması səbəbilə quruya çıxan yosun və digər məişət tullantılarından tam təmizləndikdən sonra ətrafa yayılan pis qoxu da aradan qalxacaq və Bulvarın mənzərəsi daha da gözəlləşəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər