Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ŞƏT-in təmsilçisi Cui Guojie deyib.
O qeyd edib ki, seçki məntəqəsində vətəndaşların konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirmələri üçün maksimum şərait yaradılıb. “Hazırlıq işləri və seçki prosesi mənə xoş təəssürat bağışladı. Əminəm ki, səsvermə uğurlu keçəcək”, – deyə Cui Guojie bildirib.