SDU-da ağacəkmə aksiyası keçirilib

385
Martın 12-də Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SDU-nun Dil və Tərcümə Mərkəzinin təşəbbüsü, “Ekoklub”un dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar universitetin Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə keçirilən aksiyada ali təhsil müəssisəsinin rəhbərliyi, əməkdaşlar və tələbələr iştirak ediblər.
Aksiya iştirakçıları qarşısında çıxış edən SDU-nun rektoru dosent Rüfət Əzizov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində belə bir aksiyanın keçirilməsini universitet əməkdaşları və tələbələrin ətraf mühitə münasibətinin göstəricisi kimi dəyərləndirib və bu kimi tədbirlərin davamlı olacağını qeyd edib.
Daha sonra ağacəkmə aksiyasına start verilib və universitet rəhbərliyi, əməkdaşlar və tələbələr SDU-nun ərazisində meyvə ağacları əkiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər