SDU-da “Ali təhsilin beynəlmilləşdirilməsi” adlı seminarda nələr müzakirə olundu?

569

Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi və  Böyük Britaniyanın Azərbaycandakı təsisatı olan British Council-ın təşəbbüsü ilə “Ali təhsilin beynəlmilləşdirlməsi” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) seminar keçirildi. Seminarda Beynəlxalq Əlaqələr Şöbəsi, Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi, Universitetin Mətbuat xitməti və “Sumqayıt Universiteti” qəzetinin əməkdaşları, universitetin rəsmi saytının meneceri Ramiz Hüseynov, SDU-nun “Tempus” layihasi üzrə meneceri Turqay Hüseynov və layihə  əməkdaşları, Tələbə Gənclər Birliyi, o cümlədən müəllim heyəti iştirak edirdi. Seminar  Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Samirə Məmmədova tərəfindən aparıldı. Seminarda xarici tələbələrə dəstək, onların şəhərciyə inteqrasiyası, universitet brendləri: nəşrlər, vebsayt, dizayn, sosial media, maliyyə mənbələri: milli, beynəlxalq əməkdaşlıq, Fondreyzinq-fond axtarışı və inkişaf etdirilməsi, Avropa proqramları mövzuları ətrafında müzakirələr aparıldı. S.Məmmədova British Council-təlimlərində əldə etdiyi bilikləri iştirakçılarla bölüşdü, qarşılıqlı müzakirələr aparıldı, şöbələrin gələcək planları haqqında danışıldı, təkliflər irəli sürüldü.

S.Məmmədova univeritet rəhbərliyinə  seminarın keçirilməsi üçün şərait yaratdığı  üçün təşəkkür etdi, layihə çərçivəsində British Council ilə qurulmuş əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini ifadə etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər