SDU-da müstəqillik günü qeyd edilib

684

Sumqayıt Dövlət Universitetində Azərbaycanının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin rektoru, professor Nadir Qəhrəmanov ilk öncə tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib. Azərbaycanın öz müstəqilliyini çətin şərtlər altında qazandığını diqqətə çatdıran rektor bildirib ki, 90-cı illərin əvvəllərində ölkəmiz və xalqımız böyük təhlükələrlə üz-üzə idi, hətta yenicə qazanılmış müstəqilliyimizin uzunömürlü olacağına da təminat yox idi. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi siyasətçi Heydər Əliyevin qısa zamanda gördüyü tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böhranlı vəziyyətdən çıxa bildi. Sonrakı illərdə ölkəmiz ulu öndərin müyyənləşdirdiyi siyasi strategiyaya uyğun olaraq inkişaf etməyə, yerləşdiyi regionun lider dövlətinə çevrilməyə başladı. 2003-cü ildən sonra isə ümummilli liderin siyasi kursunun davamçısı prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər ölkəmizi sürətli inkişaf mərhələsinə çıxardı. Təsadüfi deyil ki, artıq ölkəmiz öz inkişaf dinamikasına görə dünyanın ən qabaqcıl ölkələrindəndir.  N.Qəhrəmanov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun taleyində Heydər Əliyev kimi dahi şəxsiyyət olub, Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi prezidenti var”.

Daha sonra çıxış edən universitetin Ümumi Tarix kafedrasının müdiri Şirxan Səlimov ölkəmizin, xalqımızın dövlətçilik ənənələrindən, bugünkü müstəqillik tarixindən danışıb.

Təbiət və Texniki Fənlər üzrə Azərbaycan Tarixi kafedrasının müdiri Əmirxan İsayev ölkəmizin bugünki sürətli inkişaf dinamikasından danışıb, qeyd edib ki, bu inkişafın kökündə düşünülmüş və çevik siyasət dayanır.

Universitetin Riyaziyyat Fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Abbasova Azərbaycanın müstəqilliyə doğru gedən yolda qarşılaşdığı çətinliklər və dahi lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra qazanılmış uğurlardan bəhs edib.

 

Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər