Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.
İclasda Həmkarlar İttifaqı Komitəsinin komitə üzvləri ilə yanaşı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə də iştirak edib.
Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iclası açıq elan edərək komitənin tərkibində dəyişikliklərin olacağını və komitəyə yeni sədr seçiləcəyini bildirdi. HİK komitə üzvləri qaldırılan məsələyə münasibət bildiriblər.
SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Nemət İbayev Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.