Martın 1-dən 3-dək Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Avrasiya regionunda ən böyük beynəlxalq təhsil tədbiri olan 8-ci EURIE Avrasiya Ali Təhsil Sammiti keçirildi. Sammitdə xaricdə təhsil və Erasmus koordinatorları, beynəlxalq marketinq və işə qəbul üzrə işçilər, universitetlərin beynəlxalq tələbə məsləhətçiləri, beynəlxalq marketinq xidməti təminatçıları, xaricdə təhsil məsləhətçiləri, sektorun digər maraqlı tərəfləri və dövlət orqanlarının nümayəndələri iştirak etdi.
Sammitin məqsədi iştirakçı təşkilatlar üçün effektiv şəbəkələşmə, akademik əməkdaşlıq və biznesin inkişaf imkanlarını yaratmaq, beynəlxalq təhsilin gələcəyini digər sektor rəhbərləri ilə bölüşmək, müzakirələr etmək və yenilikləri paylaşmaq idi.
Tədbirin proqramına müxtəlif dəyirmi masalar, panellər və müzakirələr daxil idi. Sammitə müxtəlif ölkələrdən, o cümlədən Kanada, Böyük Britaniya, Polşa, Niderland, Meksika, Braziliya, Pakistan, Türkiyədən bir sıra universitet və təşkilatlar qoşulmuşdur.
Qeyd edək ki, Sammitdə Azərbaycandan Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Memarlıq və İnşaat Universiteti də iştirak edirdi. Tədbirdə Sumqayıt Dövlət Universitetini Xarici dillər kafedrasının müəllimi Bünyatova Aytən təmsil edirdi.
Müzakirə qapadılmışdır.