SDU-nun tələbələri “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

670

15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı keçirilib.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” (3000 (üç min) manat məbləğində) təqdim olunub.
Qeyd edək ki, SDU-nun Tarix və coğrafiya fakültəsinin tələbəsi Nübar Osmanova və Riyaziyyat fakültəsinin tələbəsi Ləman Əhədova “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər