SDU-u da Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

520

Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Vəliyeva İlahə Xaləddin qızının təqdimatında “Unutmadıq, unutmuruq, unutmayacağıq!” adlı tədbir keçirildib.

Tədbirdə dos. İlahə Vəliyevanın hazırladığı “Əziz Xocalı, sən azadsan” adlı videoçarxın nümayişi olub. Sənədli film formatında hazırlanmış videoçarxda Xocalının 1992-ci ildən indiyə qədər keçdiyi yol əks olunub.

Keçirilən tədbirlərdə Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva və digər natiqlər çıxış edərək Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımının dəhşətlərindən və Xocalı faciəsinə uzanan yoldan söhbət açıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər