SDU-ya yeni prorektor təyin olunuba

717

Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.

Bu barədə sumqayitxeber.com-a universitetdən məlumat verilib.

Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Könül Abaslı SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.

Könül Abaslı bu təyinatadək SDU-da Rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Könül Abaslı doktorantura təhsilini Türkiyə Respublikasında, Hacettepe Universitetinin Təhsil Elmləri İnstitutunda Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı proqramında yüksək müvəffəqiyyət sertifikatı ilə tamamlamışdır. Pedaqogika üzrə (5802.01 – Təhsilin təşkili və planlaşdırılması) fəlsəfə doktorudur. Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. Hal-hazırda pedaqoji fəaliyyətini isə ADA Universitetində davam etdirir. “Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə 15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. 5 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər